Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alıb.
Modern.az xəbər verir ki, bu barədə "RBC Ukraine" Almaniya hökumətinə istinadən məlumat yayıb.
Yeni yardım paketi çərçivəsində Almaniya Ukraynaya IRIS-T qısa mənzilli zenit-raket kompleksinin 2 buraxılış qurğusunu təhvil verib. Hava hücumundan müdafiəni gücləndirmək üçün buraxılış qurğuları da paketə daxildir.
Almaniya hökuməti qeyd edib ki, bu il Kiyev Berlindən 5.4 milyard avroya hərbi yardım alıb.