Modern.az

Lukaşenko ETİRAF ETDİ: Ruslar Belarus ərazisindən istifadə edib

Lukaşenko ETİRAF ETDİ: Ruslar Belarus ərazisindən istifadə edib

Dünya

17 Avqust 2023, 20:58

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya qoşunlarının Ukraynaya daxil olmaq üçün ölkə ərazisindən istifadə etdiyini etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.

 

Lukaşenko bildirib ki, müharibə başlayanda Rusiya ordusunun ayrı-ayrı bölmələri Belarus ərazisindən Ukrayna ərazisinə daxil olub. Onun sözlərinə görə, qoşunlar Çernobıl ərazisində sərhədi keçib.

 

"Bəli, Belarus ərazisindən ayrı-ayrı bölmələr Ukrayna sərhədini keçdi. ... Niyə Rusiya qoşunları Çernobıl bölgəsində Belarus və Ukrayna arasındakı sərhədi keçdi - onu Zelenskidən soruşun", - deyə Aleksandr Lukaşenko qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir