Modern.az

Belarus liderindən Putin və Zelenski haqqında qəribə iddialar...

Belarus liderindən Putin və Zelenski haqqında qəribə iddialar...

Dünya

18 Avqust 2023, 00:35

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində rusiyalı və ukraynalı həmkarlarından danışıb.

 

Modern.az xəbər verir ki, o, Putində "heç bir imperialist davranış" görmədiyini bildirib.

 

Lukaşenko Putinin ağılsız olmadığını, hər şeyi hesabladığını vurğulayıb. O, rusiyalı həmkarının 2024-cü ildən sonra da vəzifəsində qalacağına şübhə etmir.

 

“Düşünürəm ki, Putin Rusiyanın növbəti prezidenti olacaq. Altı aydan sonra seçkilərdir. Məncə Putin olacaq. İndi Rusiyada Putinin rəqibi yoxdur”, - Lukaşenko qeyd edib.

 

Belarus lideri Volodimir Zelenski haqqında köklükdən fərqli mövqedədir. Onun sözlərinə görə Ukraynanın, yaxın vaxtlarda Ukraynada seçkilər keçirilsə, hərbçilərdən biri qalib gələcək. O, nümunə olaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu göstərib.

 

Lukaşenkonun fikrincə, Ukrayna hərbçiləri seçkiləri gözləməmək qərarına gələ bilər: "Zelenskinin başçılıq etdiyi bu siyasi elitanı Putin yox, Rusiya yox, Ukrayna hərbçiləri devirəcək. Çünki hərbçilər orada (döyüş meydanında - red. ) baş verənlərin mənasızlığını görürlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir