Modern.az

Bayden Şimali Koreya lideri ilə görüşə bilər 

Bayden Şimali Koreya lideri ilə görüşə bilər 

Dünya

18 Avqust 2023, 08:20

ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

O qeyd edib ki, Bayden Şimali Koreya lideri ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə edə bilər.

 

“Şimali Koreya bu günə qədər təklifə müsbət cavab verməyib. Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, - deyə C.Kirbi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir