İranda Dezful və Xürrəmabad zindanlarında azı üç nəfər edam edilib.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” kanalı İranda İnsan Haqları Təşkilatına istinadən məlumat yayıb.
Məlumata görə, edam olunanlardan ikisi narkotik cinayəti, bir nəfər isə qəsdən adam öldürməkdə ittiham edilib.
Xatırladaq ki, bundan əvvəl Ərak şəhər sakini Həmid Əsgəriniya adlı məhbus edam edilib.