Modern.az

Kopenhagen ABŞ-ın Ukrayna üçün F-16 qərarını təsdiqləyib

Kopenhagen ABŞ-ın Ukrayna üçün F-16 qərarını təsdiqləyib

Dünya

18 Avqust 2023, 12:16

Danimarka ABŞ-ın Ukraynaya F-16 tədarükünə qərar verdiyini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" yazıb.

 

Belə ki, Danimarkanın xarici işlər naziri Lars Ljokke Rasmussenin sözlərinə görə, ABŞ tərəfdən icazə Danimarkanın xahişi ilə alınıb.

 

“Mən təsdiq edə bilərəm ki, Antoni Blinkenlə aramızda məktub mübadiləsi olub. Bu, müdafiə naziri ilə mənim variantlarımızı araşdırmaq üçün ABŞ-a müraciət etməyimizə əsaslanıb”, - Rasmussen bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir