Modern.az

Misir nümayəndə heyəti İsrailə niyə gedib?

Misir nümayəndə heyəti İsrailə niyə gedib?

Dünya

18 Avqust 2023, 12:32

Misir nümayəndə heyəti ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək üçün İsrailə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

 

“Əl-Ərəbi əl-Cədid” qəzetinin məlumatına görə, misirli mənbə bildirib ki, 2 tanınmış şəxsiyyətin daxil olduğu Baş Kəşfiyyat Xidmətinin nümayəndə heyəti bir neçə gün davam edən səfər üçün İsrailə gedib.

 

Mənbə izah edib ki, səfərdə təkcə təhlükəsizlik məsələləri deyil, həm də iqtisadi əməkdaşlıq və Qəzza zolağı və onun Misir təşəbbüsü çərçivəsində yenidən qurulması ilə bağlı razılaşmalar müzakirə olunub.

 

Mənbənin sözlərinə görə, Misir nümayəndə heyəti Ər-Riyad və Təl-Əviv arasında formalaşmaqda olan normallaşma mesajını çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir