Modern.az

Ukraynalı uşaqlar Özbəkistanda - FOTOLAR

Ukraynalı uşaqlar Özbəkistanda - FOTOLAR

Dünya

18 Avqust 2023, 14:12

Ukraynalı uşaqlar Özbəkistana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Özbəkistandakı səfiri Nikolay Doroşenko öz feysbuk səhifəsində yazıb.

 

Layihə Ukraynanın Daşkənddəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilib və Özbəkistan sahibkarları və ictimai təşkilatların nümayəndələri tərəfindən dəstəklənib.

 

“Başqa ölkəyə getmək, bu ölkənin mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq hər bir insanın uşaqlıq arzusu idi. Dünən bir qrup ukraynalı uşağın belə bir arzusu gerçəkləşdi”, – deyə səfir yazıb.

 

Ukraynanın müxtəlif yerlərindən - Xarkov, Xerson, Zaporojye, Sumi, Xmelnitski, Lvov və Kiyev - olan ümumilikdə 45 uşaq və müşayiət edən 5 nəfər dincəlmək və sağlamlıqlarını yaxşılaşdırmaq üçün Daşkəndə gəliblər. Onlar 12 gün “Anor” uşaq sanatoriyasında qalacaqlar.

 

"Ukrayna səfirliyinin uşaqların psixoloji vəziyyətini bərpa etmək, Ukrayna şəhərlərinə gündəlik hava reydləri və raket hücumlarını unutmağa kömək etmək çağırışına cavab verən Özbəkistanın biznes və qeyri-kommersiya təşkilatlarının nümayəndələrinə təşəkkürlər", - Doroşenko yazıb.

 

Uşaqların Özbəkistana Polşanın Katovis şəhəri vasitəsilə gəldiyi qeyd olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir