İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə IRNA informasiya agentliyi məlumat yayıb.
Bu, iki ölkə arasında münasibətlərin normallaşmasından sonra İran rəsmisinin Səudiyyə Ərəbistanı taxt-tacının varisi ilə ilk görüşü hesab olunur.
Qeyd edək ki, Abdullahian cümə axşamı səudiyyəli həmkarı Feysəl bin Fərhan ilə də görüşüb və birgə mətbuat konfransı keçirib.