Modern.az

Ofislərdə gündüz yuxusu üçün kapsul yaradıldı - FOTOLAR

Ofislərdə gündüz yuxusu üçün kapsul yaradıldı - FOTOLAR

Dünya

18 Avqust 2023, 17:24

Yaponiyada ofisdə gündüz yatmaq üçün kapsul yaradılıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, "Koyoju Plywood" şirkətinin istehsalı olan cihaz "Giraffenap" (zürafənin gündüz yuxusu) adlanır.

 

Səskeçirməz mühit, və sərinləşdirici kondisionerlər sayəsində içəridə yatmaq üçün ideal temperatur yaradılıb. Kapsulun içində bədən çəkisinin paylandığı yumşaq platformalar quraşdırılıb. Cihaz boyu 180 santimetrə və çəkisi 100 kiloqrama qədər olan insanlar üçün uyğundur.

 

Qeyd olunub ki, gündüz yuxusu ofis işçilərinin məhsuldarlığını artırır: "Beləliklə,kapsul Yaponiyanın həm iqtisadiyyatını, həm də səhiyyəsini yaxşılaşdırmağa kömək edəcək". 

 

Hazırda cihaz Tokioda bir neçə kafedə sınaqdan keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir