Rusiya Xarici İşlər Nazirliyi 54 Britaniya vətəndaşına sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, siyasətçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, hüquqşünaslar və jurnalistlər "qara siyahı"ya salınıb.
Nazirlikdə siyahının genişləndirilməsi “Londonun düşmən anti-Rusiya kursunun aqressiv şəkildə həyata keçirilməsinə” cavab adlandırılıb .