Rusiya Ədliyyə Nazirliyi daha 7 nəfəri xarici agentlər siyahısına əlavə edib.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Onların arasında yazıçı Linor Qoralik, iqtisadçı Andrey İllarionov, publisist Andrey Piontkovski də var.
"Qara siyahı"ya salınan digər şəxslər aşağıdakılardır:
Vladimir Dovdanov - Oyrat-Kalmık xalqı Konqresinin sədr müavini;
Sargylana Kondakova - yakutların müharibə əleyhdarı fəalı;
Sergey Krivenko - HRC-nin keçmiş üzvü, "Vətəndaş və Ordu" ictimai hərəkatının koordinatoru;
Tatyana Sotnikova - ədəbiyyatşünas.