Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) Nigerdəki qiyamçılara qarşı hərbi əməliyyatın başlama tarixini təyin edib.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın sülh və icma təhlükəsizliyi üzrə komissarı Abdel Fatau Musah məlumat verib.
Əməliyyatın başlanma tarixi açıqlanmayıb. Bildirilib ki, təşkilata üzv olan ölkələr Nigerdəki üsyançılarla sonsuz dialoq aparmaq niyyətində deyil.
“Qərargah rəisləri Nigerdə hərbi əməliyyat planı üzərində razılığa gəliblər. Birlik ölkələri Nigerdə konstitusiya qaydasını mümkün qədər tez bərpa etmək niyyətindədir”, - komissar vurğulayıb.