Modern.az

Türkiyə ilə münasibətlərə xüsusi önəm veririk - Qaqauz lideri

Türkiyə ilə münasibətlərə xüsusi önəm veririk - Qaqauz lideri

Dünya

19 Avqust 2023, 00:11

Moldovanın cənubundakı Qaqauz muxtariyyətinin yeni başqanı Yevgeni Qutsul Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, muxtariyyətin mərkəzi şəhərində çıxışı zamanı seçkilərdə qələbə qazanmasından danışıb.

 

"Bu qələbə bütün Qaqauz muxtariyyətinin qələbəsi və bölgənin xəyallar diyarına çevrilməsinin başlanğıcıdır", - siyasətçi deyib 

 

Çıxışından sonra Qlobal Jurnalistlər Şurasının sədr müavini, türkiyəli iş adamı İsmail Bayazıtla görüşən Qutsul Türkiyə ilə əlaqələrin bölgə üçün əhəmiyyətindən danışıb. O, Türkiyənin bölgədə ciddi sərmayələri olduğunu vurğulayıb və qaqauz xalqı adından təşəkkürünü bildirib. 

 

Qutsul türkiyəli iş adamlarını və investorları Qaqauz bölgəsində əməkdaşlıq imkanları üçün dəvət etdiyini qeyd edib. O, ən qısa zamanda Türkiyəyə rəsmi səfər edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, 150 min əhalinin yaşadığı bölgənin paytaxtı Komratdır. Muxtariyyətdə türk mənşəli provaslav xristian qaquzlar yaşayır. May ayında bölgədə keçirilən başqan seçkilərində 52% səslə Şor partiyasının namizədi Yevgeni Qutsul qalib gəlib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir