Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 100-ü keçib.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində ümumilikdə 7 nəfər ölüb, 117 nəfər yaralanıb.
Ölənlərdən biri 6 yaşlı uşaqdır. Yaralılardan 12-nin uşaq, 10-nun isə polis əməkdaşı olduğu bildirilir