Modern.az

İsveçin hərbi maşınları Ukraynada istehsal ediləcək

İsveçin hərbi maşınları Ukraynada istehsal ediləcək

19 Avqust 2023, 18:33

Ukrayna CV-90 piyada döyüş maşınının ölkədə istehsalı və təmiri ilə bağlı İsveçlə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson Ukrayna Prezidenti Volodimir Vladimir Zelenski ilə mətbuat konfransında deyib.

 

"Bu gün biz CV-90-ın Ukraynada istehsalı, onun təmiri və sairə ilə bağlı müqaviləni ətraflı şəkildə izah etdik. Biz əlimizdən gələni edəcəyik ki, Ukraynada istehsal olunan ilk CV-90 tez bir zamanda meydana çıxsın", - baş nazir bildirib.

 

Məlumata görə, Kiyev və Stokholm CV-90-nın istehsal və təlim sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir