Modern.az

Moskvaya dronlarla hücum edildi

Moskvaya dronlarla hücum edildi

Dünya

20 Avqust 2023, 08:57

Ukraynaya məxsus pilotsuz uçan aparat Moskva səmasında uçmağa cəhd etsə də, qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

 

“Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb”, - deyə S.Sobyanin teleqram kanalında yazıb.

 

Sobyanin hərbçilərə gördüyü işlərə görə təşəkkür də edib.

 

Qeyd edək ki, avqustun 18-də hava hücumundan müdafiə sistemi Moskvada hədəflərə hücum etməyə çalışan Ukraynaya məxsus PUA-nı da vurub. Onun qalıqları Moskva şəhəri yaxınlığındakı Eksposentr ərazisinə düşüb, tələfat və ciddi dağıntı olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir