Modern.az

Pakistanda növbəti terror - 11 nəfər öldü 

Pakistanda növbəti terror - 11 nəfər öldü 

Dünya

20 Avqust 2023, 09:39

Pakistanda terror aktı törədilib.

 

Modern.az xəbər verir ki, hadisə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətində baş verib.

 

Pakistanın baş naziri vəzifəsini icra edən Ənvar-ül-Haq Kakar hücumda 11 işçinin həlak olduğunu bildirib.

 

Hücumun təfərrüatları açıqlanmayıb.

 

Qeyd edək ki, ötən ayın sonunda Pakistanın eyni vilayətində terror aktı törədilib. “Camiat Ulema-e-İslam” partiyasının mitinqində partlayış baş verib. 50-dən çox adam ölüb, 200-ə yaxın insan yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir