Modern.az

Ukraynanın müdafiə naziri istefaya hazırlaşır

Ukraynanın müdafiə naziri istefaya hazırlaşır

Dünya

20 Avqust 2023, 09:40

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib.

 

Modern.az xəbər verib ki, bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.

 

“Belə qərarlar dövlət başçısı tərəfindən verilir. Lakin istefamı istəyən insanlara gülmək gücüm və yumor hissim yoxdursa, özüm gedə bilərəm”, - deyə o bildirib.

 

Yanvar ayında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub.

 

Daha sonra Ukrayna mətbuatında departamentin məsul şəxslərinin ordu üçün ərzaq alarkən sui-istifadə etməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Reznikov daha sonra Böyük Britaniyada səfir təyin edilməklə vəzifəsindən azad oluna bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir