Modern.az

Vardanyan Arayikin istefasını tələb edir

Vardanyan Arayikin istefasını tələb edir

Dünya

20 Avqust 2023, 09:49

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan qondarma qurumun hazırkı "rəhbəri" Arayik Arutyunyanı istefaya çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "news.am" saytı yazıb.

 

“Arayik, sən sözü heçliyə çevirmisən. Həftənin əvvəlində dedin ki, istefaya gedəcəksən... İclasda iştirak edən 8 nəfərdən bəziləri sənə inanmadı, bəziləri dedi ki, bu dəfə düz ola bilər.. Amma sözünü tutmadın", - Vardanyan bildirib.

 

O qeyd edib ki, ermənilər Arayik Arutyunyandan hesab tələb edəcək.

 

Xatırladaq ki, Rusiya dairələrinə yaxınlığı ilə tanınan Vardanyan bir müddət əvvəl qondarma qurumda tutduğu "vəzifə"dən istefa verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir