Modern.az

Özbəkistan və Macarıstan əməkdaşlığı GENİŞLƏNDİRƏCƏK

Özbəkistan və Macarıstan əməkdaşlığı GENİŞLƏNDİRƏCƏK

Dünya

20 Avqust 2023, 10:49

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstan Baş naziri Viktor Orban Budapeştdə keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri Baxtiyar Saidov bildirib.

 

Eyni zamanda görüşdə Özbəkistan-Macarıstan çoxplanlı əməkdaşlığı, o cümlədən işgüzar və mədəni-humanitar əlaqələr müzakirə edilib.

 

Qeyd edək ki, Özbəkistan Prezidenti avqustun 19-da Macarıstana işgüzar səfər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir