Modern.az

Ərdoğan Macarıstana GEDƏCƏK

Ərdoğan Macarıstana GEDƏCƏK

Dünya

20 Avqust 2023, 14:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştə səfər edəcək.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bir günlük səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşəcək.

 

Prezident Ərdoğanın Macarıstana bir günlük səfər edəcəyi və paytaxt Budapeştdə Macarıstanın baş naziri Orbanla görüşəcəyi gözlənilir.

 

Macarıstanın Milli Günü münasibətilə keçiriləcək mərasimdə prezident Ərdoğanın da iştirakı gözlənilir.

 

Qeyd edək ki, Türkiyə ilə Macarıstan arasında münasibətlər tarixi əlaqələr, qarşılıqlı yüksək səviyyəli səfərlər və son vaxtlar artan məsləhətləşmə mexanizmləri ilə sürət qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir