ABŞ-də 48 yaşlı müğənni, model və Ketti Perrinin məşhur "Walking On Air" mahnısının müəllifi Kamila Leyert-Sequra itkin düşüb.
Modern.az "Sky News"a istinadən verdiyi xəbərə görə, İsveçdən Kaliforniyaya gələn müğənni sonuncu dəfə iyulun 29-da Beverli-Xillz vilayətində görüntülənib.
Yaxınları bildirib ki, iyulun 29-dan Kamila Leyert-Sequradan hər hansı xəbər ala bilmirlər. Müğənninin “Morris” adlı pişiyi də yoxa çıxıb.