Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetinin iclasını keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Ərdoğanın Macarıstana səfərindən sonra sabah iclasa sədrlik edəcəyi gözlənilir. İclasda inflyasiya ilə mübarizə, eləcə də xarici inkişaflar müzakirə olunacaq.
Görüş zamanı Şimali Kiprdəki hadisələr, taxıl sazişi gündəmdə olacaq.