Modern.az

Zelenski Danimarkaya getdi 

Zelenski Danimarkaya getdi 

Dünya

20 Avqust 2023, 19:56

Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

 

Zelenski bildirib ki, Danimarka Baş naziri Mette Frederiksen, kral ailəsinin üzvləri, partiya liderləri, parlament üzvləri və bu ölkənin biznes təmsilçiləri ilə görüşlər keçirəcək.

 

Danışıqların gündəliyinə Ukrayna və Danimarka arasında əməkdaşlıq və “F-16” qırıcı təyyarələrinin tədarükünün daxil olduğunu bildirib.

 

Qeyd edək ki, bundan öncə Vladimir Zelenski Niderlandda səfərdə olub və 42 ədəd “F-16” təyyarəsinin Ukraynaya tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir