Modern.az

Ukraynaya daha 19 qırıcı veriləcək - Yeni ildən əvvəl...

Ukraynaya daha 19 qırıcı veriləcək - Yeni ildən əvvəl...

Dünya

20 Avqust 2023, 20:50

Danimarka Ukraynaya 19 döyüş təyyarəsi verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Matte Frederiksen məlumat verib.

 

O qeyd edib ki, Ukrayna hərbçiləri təlimləri başa vuran kimi F-16 qırıcılarının ilk qrupu təhvil veriləcək. Qırıcıların ilk qrupu yeni ildən əvvəl göndəriləcək.

 

"Ümid edirəm ki, Yeni ilə yaxın təyyarələrin ilk qrupu Danimarka torpağını tərk edərək Ukraynaya yola düşəcək. Onlardan təxminən 6-sı", - o bildirib.

 

Baş nazir əlavə edib ki, gələn il Danimarkadan Ukraynaya daha 8, bir ildən sonra isə daha 5 təyyarə göndəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir