Modern.az

Moskvaya daha bir dron hücumu - Uçuşlar dayandırıldı

Moskvaya daha bir dron hücumu - Uçuşlar dayandırıldı

Dünya

21 Avqust 2023, 10:02

Rusiya Müdafiə Nazirliyi bu gün yenidən Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin teleqram kanalında məlumat yayılıb.

 

Nazirlik şəhərətrafı ərazilərdə PUA-nın vurulduğunu bildirib. Məlumata görə, PUA Moskva vilayətinin ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edilib, radioelektron müharibə vasitəsi ilə zərərsizləşdirilib və Ruzski rayonunun Pokrovskoye qəsəbəsi ərazisinə düşüb.

 

Daha sonra Moskva vilayətinin İstra rayonu səmasında Ukraynaya məxsus daha bir PUA-nın vurulduğu iddia edilib.

 

Hücumla əlaqədar Domodedovo və Vnukovoda uçuşlara məhdudiyyət qoyulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir