Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.
Zelenski Yunanıstan baş naziri Kiriakos Mitsotakis ilə danışıqlar aparacaq. Onun Yunanıstan prezidenti Katerina Sakellaropulou ilə görüşü nəzərdə tutulub.
Ukrayna prezidenti, həmçinin Balkan liderlərinin Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.
Zelenski səfər çərçivəsində "əsaslı danışıqlara" ümid etdiyini söyləyib.
***
10:48
Ukrayna prezidenti Volodimir Zelenski bu gün Yunanıstana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Bildirilib ki, o, paytaxt Afinada Balkanlar üzrə sammitdə iştirak edəcək,
Qeyd olunub ki, Zelenski Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin dəvət etdiyi qeyri-rəsmi şam yeməyinin qonaqları arasında olacaq.
Həmçinin Qərbi Balkan ölkələrinin liderləri və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də görüş gözlənilir.