Ramşteyn formatında növbəti, artıq 15-ci görüş sentyabrın 18-dən 24-dək oflayn rejimdə keçiriləcək.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oleksiy Reznikov bildirib.
Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə sisteminin bütün komponentləri ilə gücləndirilməsi məsələsi bir nömrəli prioritet olaraq qalır.
"İkinci sualisə artilleriya və avadanlıqdır. Üçüncüsü isə hər növ zirehli texnika", - o əlavə edib.