"F-16 qırıcıları ukraynalıları həvəsləndirmək üçün vacibdir".
Modern.az "Bild"ə istinadən xəbər verir ki, bunu ekspert, Böyük Britaniyanın Müdafiə Nazirliyinin keçmiş baş məsləhətçisi Maksimilian Terhalle bildirib.
O qeyd edib ki, F-16 təyyarələrinin Ukrayna Silahlı Qüvvələrinə verilməsi təkcə strateji deyil, həm də mühüm simvolik əhəmiyyətə malikdir.
“Prezident Zelenskiyə döyüş meydanında uğur lazımdır. Qırıcılar ona əhalinin və qoşunların motivasiyasını qoruyub saxlamağa kömək edən mühüm elementdir”, - deyə ekspert vurğulayıb.
Eyni zamanda, Terhallenin fikrincə, qırıcıların təhvil verilməsi Rusiya və Ukrayna arasında müharibədə dönüş nöqtəsi olmayacaq.