Belçikanın xarici işlər naziri Hadija Lahbib Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər avqustun 22-də baş tutacaq. Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
O, həmçinin İrəvanda digər yüksək səviyyəli görüşlər keçirəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini bildirib.