"Fransadakı Erməni Təşkilatları Şurasının həmsədri Murad Papazyan Ermənistanda hüquqları bərpa olunmasa, AİHM-ə müraciət edəcək".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Papazyanın vəkili Siranuş Saakyan bildirib.
Belə ki, Papazyan məhkəmədən onun adının xarici vətəndaşlar üçün tərtib edilmiş "persona non-qrata" siyahısından çıxarılmasını Milli Təhlükəsizlik Xidmətindən tələb etməsini istəyir.
Hakimiyyət orqanlarının bildirdiyinə görə, Papazyan etiraz aksiyalarında iştirak edib və o, baş nazir Nikol Paşinyanın maşınına yumurta atıb.