Modern.az

Həbsdəki Navalnıdan seçki ÇAĞIRIŞI: Onlara səs verin!

Həbsdəki Navalnıdan seçki ÇAĞIRIŞI: Onlara səs verin!

Dünya

21 Avqust 2023, 17:06

Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı sentyabr seçkiləri ilə bağlı çağırış edib.

 

Modern.az "Xolod"a istinadən xəbər verir ki, o, hakim Vahid Rusiya Partiyasından olmayan “istənilən namizədə” səs verməyi təklif edib.

 

Yerli seçkilər sentyabrın 10-da Rusiyanın 40 regionunda keçiriləcək.

 

“Vahid Rusiyaya üzv olmayan namizədi seçki bülletenində seçin və ona səs verin. Yaxşı namizədlər var, çox var. Seçkilərdə müstəqil namizəd kimi iştirak edənləri dəstəkləmək lazımdır”, - deyə siyasətçi çağırışında deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir