Modern.az

Paşinyana çətir atan qadın 5 il həbs oluna bilər 

Paşinyana çətir atan qadın 5 il həbs oluna bilər 

Dünya

21 Avqust 2023, 19:02

Ermənistanın Baş naziri Nikol Paşinyana çətir atan qadın Narine Asatryanı 2 ildən 5 ilə qədər həbs gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın hüquqi informasiya portalı məlumat yayıb.

 

Asatryan vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılığa cəhddə ittiham olunur.

 

Cinayət işi avqustun 17-də baxılması üçün məhkəməyə təqdim edilib.

 

Xatırladaq ki, 2023-cü il aprelin 10-da Paşinyanın işgüzar səfəri zamanı baş verib. Qadın Baş nazirə çətir atsa da, çətir ona dəyməyib. Hadisədən dərhal sonra cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir