Modern.az

Hakan Fidan İraqa gedir - Bərzani ilə də görüşəcək

Hakan Fidan İraqa gedir - Bərzani ilə də görüşəcək

21 Avqust 2023, 21:58

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdad və Ərbilə səfər edəcək.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, səfər 23-24 avqust tarixlərində baş tutacaq.

 

Avqustun 23-də Fidan İraqın paytaxtında baş nazir və iraqlı həmkarı ilə danışıqlar aparacaq.

 

Türkiyəli nazir ertəsi gün Ərbildə İraq Kürdüstan Regionunun liderləri Neçirvan Bərzani və Məsrur Bərzani ilə görüşəcək.

 

Nazir görüşlərdə ikitərəfli münasibətləri, eləcə də ümumi maraq doğuran bir sıra digər mövzuları müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir