Modern.az

Zelenski Bolqarıstan baş naziri ilə taxıl dəhlizindən DANIŞDI

Zelenski Bolqarıstan baş naziri ilə taxıl dəhlizindən DANIŞDI

22 Avqust 2023, 12:32

Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın paytaxtı Afinada Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşüb.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, tərəflər taxıl dəhlizini müzakirə ediblər.

 

Zelenski Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanın hərtərəfli dəstəyinə görə Nikolay Denkova təşəkkür edib. Prezident və baş nazir Ukraynanın qorunması üçün gələcək əməkdaşlığı da nəzərdən keçiriblər.

 

Bolqarıstanın baş naziri avqustun 23-də Kiyevdə üçüncü sammiti keçiriləcək Krım Platformasını prinsipial olaraq dəstəklədiyini bir daha təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir