Modern.az

Az qala həyat yoldaşımı itirəcəkdim - Bayden

Az qala həyat yoldaşımı itirəcəkdim - Bayden

22 Avqust 2023, 12:57

"2004-cü ildə evində baş verən yanğında az qala həyat yoldaşımı itirəcəkdim".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Havay adalarına səfəri zamanı bildirib.

 

"Çətinlikləri müqayisə etmək istəmirəm, amma bu barədə kiçik bir təsəvvürümüz var. 15 il əvvəl mən mətbuat konfransı üçün Vaşinqtonda idim. İldırım ... məftili vurdu. Bir sözlə, az qala arvadımı və pişiyimi itirəcəkdim”, - deyə Bayden söyləyib.

 

AP nəşri 2004-cü ildə yazmışdı ki, Baydenin evinə ildırım düşüb və "mətbəxdə kiçik yanğın" baş verib. Yanğınsöndürənlər 20 dəqiqə ərzində alovu söndürə bilib və yanğının binadan kənara yayılmasına imkan verməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir