"Biz danışıqlar platformaları arasında fərq qoymuruq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan belçikalı həmkarı Haca Labiblə İrəvanda keçirdiyi brifinqdə deyib.
"Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır. Bu platformalarda əldə olunan razılaşmaların işləməsi və həyata keçirilməsi bizim üçün vacibdir.
Təəssüflər olsun ki, bəzən razılıq əldə olunsa da, həyata keçmir", - Mirzoyan əlavə edib.