Modern.az

İran yeni PUA-sını təqdim etdi

İran yeni PUA-sını təqdim etdi

22 Avqust 2023, 14:54

İran hakimiyyəti yerli istehsal edilən "Mohajer-10" zərbə tipli pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Isna" agentliyi məlumat yayıb.

 

İddiaya görə, PUA 2000 km uçuş məsafəsinə malikdir və 7 km hündürlükdə uça bilir.

 

"Mohajer-10"un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır. PUA elektron müharibə, kəşfiyyat sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən "Qaem" və "Almas" bombalarını daşıya bilir.

 

Qeyd edək ki, İran "Mohajer-6" da daxil olmaqla Rusiyaya PUA-lar tədarük edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir