Modern.az

Ərdoğan Rusiyaya GEDİR

Ərdoğan Rusiyaya GEDİR

22 Avqust 2023, 15:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiyaya gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.

 

Nəşr vurğulayır ki, Ərdoğanın səfəri “Taxıl sazişi”nin bərpası üçün ən mühüm addım olacaq. Məlumata görə, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç isə Ukraynaya gedəcək.

 

Bundan əvvəl Putinin avqustun sonunda Türkiyəyə gedəcəyi bildirilirdi.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir