Modern.az

Fidan bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR

Fidan bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR

Dünya

22 Avqust 2023, 16:14

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstan baş nazirinin müavini və XİN başçısı Mariya Qabriellə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib.

 

Görüş bolqar nazirin Ankaraya səfəri çərçivəsində baş tutub.

 

Söhbət zamanı tərəflər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm, nəqliyyat, enerji və müdafiə sənayesi sahəsindəki əməkdaşlıq, ticarət həcminin 10 milyard avroya çatdırılması ilə bağlı ortaq hədəf, energetika əməkdaşlığı kontekstində regiondakı enerji təklifi təhlükəsizliyi, nizamsız miqrasiya və terrorizm kimi problemlərə qarşı birlikdə atıla biləcək addımlar, Bolqarıstandakı türklərin durumu, Ukrayna müharibəsi və Qara dənizin təhlükəsizliyi başda olmaqla, regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok