Modern.az

Yanan meşədə 26 miqrantın cəsədi tapıldı

Yanan meşədə 26 miqrantın cəsədi tapıldı

22 Avqust 2023, 20:18

Yunanıstanın Aleksandrupolis şəhərinin şimal-şərqində, Türkiyə ilə quru sərhədi yaxınlığındakı yanan Dadias meşəsində 26 miqrantın cəsədi tapılıb.

 

Moderm.az xəbər verir ki, bu barədə yerli “Newsit.gr” informasiya portalı məlumat yayıb.

 

 

Meşədə yanğınlar üç gün əvvəl başlayıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

 

Məlumata görə, yerli sakinlərin itkin düşməsi ilə bağlı heç bir məlumat olmadığından hüquq-mühafizə orqanları tapılan cəsədlərin miqrantlara məxsus olduğunu düşünür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir