Modern.az

Türkiyədə şiddətli meşə yanğını, kəndlər təxliyə edildi - VİDEO

Türkiyədə şiddətli meşə yanğını, kəndlər təxliyə edildi - VİDEO

22 Avqust 2023, 21:10

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Çanaqala-Kəpəz rayonunda baş verən yanğın ciddi fəsadlara səbəb olub. Ətrafda yerləşən 6 kənd təxliyə olunub, 10 kənd üçün xüsusi mühafizə rejimi tətbiq olunub.  Güclü külək və isti hava alovla mübarizəni çətinləşdirir.

 

Yanğınla mübarizəyə 500 nəfərlik şəxsi heyət, 10 təyyarə, 26 helikopter və 70-dən çox maşın cəlb edilib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir