2014-cü ildən bəri 1 milyondan çox ukraynalı döyüş əməliyyatlarında iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.
O qeyd edib ki, nazirlik həmin şəxslərin cari problemlərindən xəbərdardır və onların həlli ilə məşğuldur.
"Bu müharibənin 9,5 ilində artıq bir milyona yaxın döyüşçümüz var", - nazir deyib.
“The New York Times”ın məlumatına görə, Ukraynadakı müharibədə 500 minə yaxın hərbi qulluqçu var. Bu saya həqiqi hərbi qulluqçular, ehtiyatda olanlar və yarımhərbi qulluqçular.ə daxildir.