Modern.az

İraqlı mühacir 12 dəfə Quran yandırmaq istəyir

İraqlı mühacir 12 dəfə Quran yandırmaq istəyir

23 Avqust 2023, 00:50

İraqlı mühacir Salman Momika yenidən İsveçdə müqəddəs Quran kitabını yandırmaq istəyir.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, qarşıdakı üç həftədə Quranın yandırılması aksiyaları üçün İsveç qurumlarına 12 müraciət ünvanlayıb.

 

Aksiyalar Stokholm, Erebrö və Malmö şəhərlərində planlaşdırılır.

 

Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir