Modern.az

Rusiya Abxaziya və Cənubi Osetiyanı da ilhaq edə bilər - Medvedevdən açıqlama

Rusiya Abxaziya və Cənubi Osetiyanı da ilhaq edə bilər - Medvedevdən açıqlama

23 Avqust 2023, 09:09

Gürcüstanın NATO-ya mümkün qəbulu ilə bağlı yenidən söhbət gedir. Sanki göstəriş veriləndən sonra bu ölkədə rusofobiya partlayışları başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

O qeyd edib ki, 2008-ci ilin təkrarı lazım deyil.

 

"Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları varsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Əgər bunun üçün yaxşı səbəblər varsa, o, həyata keçirilə bilər”, - deyə Medved bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir