Modern.az

Türkiyə və İraq su çatışmazlığı ilə birgə mübarizə aparacaq 

Türkiyə və İraq su çatışmazlığı ilə birgə mübarizə aparacaq 

23 Avqust 2023, 09:42

İraqın xarici işlər naziri Fuad Hüseyn və türkiyəli həmkarı Hakan Fidan İraqda su qıtlığı fonunda su ehtiyatları komitəsinin yaradılması barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlərin Bağdadda keçirdiyi mətbuat konfransında bildirilib.

 

"İqlim dəyişikliyi və quraqlıq İraq cəmiyyətini və kənd təsərrüfatını təhdid edir, biz bu komitə vasitəsilə davamlı olaraq birlikdə işləməliyik", - İraqın XİN başçısı deyib.

 

O, komitənin tərkibi barədə ətraflı məlumat verməyib.

 

İraqın Su Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə su problemi digər amillərlə yanaşı, çayların yuxarı axarında yağışın olmaması, istilik və həddindən artıq su istehlakı səbəbindən başlayıb. Çatışmazlıq səbəbindən İraq hakimiyyəti bu il çəltik və qarğıdalı əkini dayandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir