Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BRICS Sammitində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
24 avqust 2023-cü il tarixində dövlət başçısı Kasım-Jomart Tokayev Yohannesburqda BRICS-in 15-ci Sammiti çərçivəsində keçiriləcək BRICS+ formatında Dövlət Başçılarının Dialoqu iclasında videokonfrans vasitəsilə iştirak edəcək.
Qazaxıstan Prezidenti Cənubi Afrika Respublikasının lideri Siril Ramafosanın dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi iclasda çıxış edəcək.