"İlk F-16 Niderlanddan Ukraynaya gəldi!".
Modern.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov X-də yazıb.
O, Niderlandın müdafiə nazirindən F-16 qırıcısının maketini alarkən çəkilən fotoya belə başlıq seçib.
"Böyük ov üçün geri sayım başladı", - o qeyd edib.
Xatırladaq ki, Niderland Ukraynaya 42 ədəd F-16 tədarükünə razılıq verib.