Modern.az

Krımda Rusiyanın 200 milyonluq texnikası belə məhv edildi - VİDEO

Krımda Rusiyanın 200 milyonluq texnikası belə məhv edildi - VİDEO

23 Avqust 2023, 14:40

Bu gün Ukrayna ordusu ilhaq edilən Krım yarımdasında Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

"Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket buraxılış qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb", - açıqlamada deyilir.

 

Qeyd edək ki, S-400 Rusiyanın istifadə etdiyi ən güclü hava hücumundan müdafiə sistemidir. Sistemin ölkə daxilində qiyməti 200 milyon dollar, ixrac qiyməti isə 500 milyon dollardır.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir